İİTKM-in nümayəndəsi BVF-nin Qazaxıstanda keçirilən beynəlxalq seminarında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan ölkələri üzrə Regional Potensialın Gücləndirilməsi Mərkəzi (CCAMTAC) tərəfindən Qazaxıstanın Almatı şəhərində keçirilən regional seminarda iştirak edib.
“Makroiqtisadi çərçivədə iqlim amili” mövzusunda təşkil olunmuş seminarda Qafqaz və Mərkəzi Asiya regionuna daxil olan 7 ölkə üzrə 26 iştirakçı bir araya gəlib. Azərbaycanı İİTKM-lə yanaşı, Mərkəzi Bank və Dövlət Statistika Komitəsinin əməkdaşları təmsil ediblər.
Tədbirdə iqlim dəyişikliklərinin və onun iqtisadi təsirlərinin effektiv idarə olunması, bu sahədə həyata keçirilən fiskal siyasət və tətbiq olunan makroiqtisadi çərçivələr, eləcə də iştirakçı ölkələr üzrə mövcud vəziyyəti əks etdirən təqdimatlar dinlənilib, ekspertlərlə müzakirələr aparılıb.
Seminar iştirakçılara iqlim dəyişikliklərinin idarə olunmasında mütərəqqi yanaşmaları öyrənmək, habelə müxtəlif ölkələrin təcrübələri ilə tanış olmaq imkanı yaradıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib