İİTKM-in icraçı direktorunun müşaviri “DT4SME” tədqiqat proqramında çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfova Almaniyanın Manhaym Universitetində keçirilən “Digital Transformation of SMEs” (DT4SME) beynəlxalq tədqiqat proqramının yekun konfransında iştirak edib. O, “Azərbaycanda pambıqçılıqla məşğul olan fermerlərin səmərəliliyinin qiymətləndirilməsi: inteqrasiya edilmiş DEA və Tobit modeli” (Investigating Efficiency of Cotton Growers and its Determinants in Azerbaijan: An application of the DEA and Tobit analysis) mövzusunda qrup tədqiqatı ilə çıxış edib. Təqdimatda müəlliflər tərəfindən riyazi optimallaşdırma metodları ilə Azərbaycanda pambıq istehsalında təsərrüfat səviyyəsində səmərəlilik göstəriciləri və onlara təsir edən amillərin qiymətləndirilməsi ilə bağlı aparılmış elmi tədqiqat layihəsinin nəticələri yer alıb.
Beş gün davam edən proqram çərçivəsində rəqəmsallaşma, innovasiya və KOB-ların inkişafı üzrə elmi seminarlar, müzakirələr və təqdimatlar keçirilib. Proqramda Azərbaycanla yanaşı, Moldova, Ukrayna və Gürcüstandan olan tədqiqat qrupları iştirak edib və iki illik tədqiqat nəticələrini təqdim ediblər.
Karlsruhe Texnologiya İnstitutuna (KIT) səfər çərçivəsində Universitetin innovasiya ekosistemi ilə tanışlıq olub, “Real-World Laboratory Research” yanaşması üzrə təcrübə mübadiləsi aparılıb və “Gründerschmiede” startap mərkəzi ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbir Manhaym Universitetinin Kiçik və Orta Sahibkarlıq Tədqiqatları və Sahibkarlıq Mərkəzi tərəfindən təşkil olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib