İİTKM-in icraçı direktorunun müavini Çində “Yaşıl enerji” mövzusunda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Çinin Siçuan əyalətinin paytaxtı Çendu şəhərində təşkil olunun "İnkişaf etməkdə olan ölkələr üçün yaşıl enerji və karbon pikinin və karbon neytrallığı hədəflərinin idarə edilməsi"(Seminar on Green Energy and the Management of Meeting Carbon Peaking and Carbon Neutrality Goals for Developing Countries) mövzusundakı beynəlxalq tədbirdə açılış nitqi ilə çıxış edib.
O bildirib ki, 2025-ci ildə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında iki ölkə lideri tərəfindən Birgə Bəyanat imzalanıb. Bu çərçivədə yaşıl enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir.
R.Hüseyn çıxışında COP29-a ev sahibliyi edən Azərbaycan Respulikasının enerji keçidi, bərpa olunan mənbələrdən istifadə istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, yaşıl enerji sahəsində Azərbaycanın beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlığına toxunub və burada Çin şirkətlərinin də yer aldığını qeyd edib. Hazırda Azərbaycan dörd yaşıl enerji dəhlizinin reallaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu yaşıl dəhlizlər Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək.
Tədbirdə günəş və külək enerjisi sahəsində Çinin son nailiyyətləri, həmçinin yaşıl hidrogen, bioenerji ilə bağlı məruzələr edilib. Beynəlxalq seminarda Azərbaycandan İİTKM-lə yanaşı, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi nümayəndələri də iştirak edirlər.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır