İİTKM-in icraçı direktoru Vüsal Qasımlı "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu"nda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxış edib.
“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Forum Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə baş tutub.
Prof. Dr. Vüsal Qasımlı çıxışında Türk dünyasının iqtisadi potensialına diqqət çəkərək bildirib ki:
Ərazi: 4,8 milyon km² — bu, Avropa İttifaqının ərazisindən böyükdür;
Əhali: 179 milyon nəfər — dünyanın ən böyük 10 ölkəsi sırasına daxil olmağa yaxındır;
ÜDM (2025): 2,1 trilyon ABŞ dolları;
Ticarət dövriyyəsi: 1,13 trilyon ABŞ dolları.
Dünyada payımız:
Ərazi — 0,95%
Əhali — 2%
ÜDM — 2%
Ticarət dövriyyəsi — 3,6%
Vurğulanıb ki, Türk dünyası əhalidəki payından daha çox ticarət həyata keçirir və bu, inteqrasiyanın uğurlu nəticəsidir.
2025-ci ilin iqtisadi nəticələri:
Qırğızıstan — iqtisadi artım 11,1%;
Özbəkistan — iqtisadi artım 7,7%, ixrac 24% artıb;
Qazaxıstan — iqtisadi artım 6,5%, əsas kapitala investisiyalar 13% yüksəlib;
Azərbaycan — qeyri-neft sənayesi 4,1%, bank aktivləri 7,7% artıb;
Türkiyə — sənaye istehsalı 4,5%, kənd təsərrüfatı 8,8% yüksəlib;
Macarıstan — ticarət balansı 10,5 milyard ABŞ dolları profisiti ilə tamamlanıb.
Çıxışda Türk dünyasında iqtisadi inteqrasiyanın, qarşılıqlı əməkdaşlığın və ortaq inkişaf modelinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib