16 may 2026, 13:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxış edib.

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Forum Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə baş tutub.

Prof. Dr. Vüsal Qasımlı çıxışında Türk dünyasının iqtisadi potensialına diqqət çəkərək bildirib ki:

Ərazi: 4,8 milyon km² — bu, Avropa İttifaqının ərazisindən böyükdür;

Əhali: 179 milyon nəfər — dünyanın ən böyük 10 ölkəsi sırasına daxil olmağa yaxındır;

ÜDM (2025): 2,1 trilyon ABŞ dolları;

Ticarət dövriyyəsi: 1,13 trilyon ABŞ dolları.

Dünyada payımız:

Ərazi — 0,95%

Əhali — 2%

ÜDM — 2%

Ticarət dövriyyəsi — 3,6%

Vurğulanıb ki, Türk dünyası əhalidəki payından daha çox ticarət həyata keçirir və bu, inteqrasiyanın uğurlu nəticəsidir.

2025-ci ilin iqtisadi nəticələri:

Qırğızıstan — iqtisadi artım 11,1%;

Özbəkistan — iqtisadi artım 7,7%, ixrac 24% artıb;

Qazaxıstan — iqtisadi artım 6,5%, əsas kapitala investisiyalar 13% yüksəlib;

Azərbaycan — qeyri-neft sənayesi 4,1%, bank aktivləri 7,7% artıb;

Türkiyə — sənaye istehsalı 4,5%, kənd təsərrüfatı 8,8% yüksəlib;

Macarıstan — ticarət balansı 10,5 milyard ABŞ dolları profisiti ilə tamamlanıb.

Çıxışda Türk dünyasında iqtisadi inteqrasiyanın, qarşılıqlı əməkdaşlığın və ortaq inkişaf modelinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az