İİTKM-in əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları Səhiyyə Nazirliyi Respublika Qan Bankının qanvermə aksiyasında iştirak ediblər. Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunan aksiyada Mərkəzin bir qrup əməkdaşı könüllü qan verib.
Respublika Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti müayinə edildikdən sonra qan analizi götürülüb. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.
"Konstitusiya və Suverenlik ili" çərçivəsində başlayan və mərhələli davam edən belə bir aksiyanın təşkil edilməsi yüzlərlə xəstəyə həyat bəxş edilməsinə səbəb olacaq, eyni zamanda, ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmlənməsi işinə töhfə verəcək.
Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı 20 ilə yaxındır ki, ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir. Proqramın mahiyyəti yalnız mövcud xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də xəstəliyin genişlənməsinin qarşısının alınması, sağlam donor qanının təminatı kimi vacib sahələri əhatə edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib