İİTKM-in “Böyük Qayıdış” Dövlət Proqramının icrası üzrə monitorinq səfəri Zəngilan, Qubadlı və Laçında davam edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərliyi ilə qurumun məsul nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə monitorinq səfəri davam edir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində səfərin üçüncü günündə Zəngilan, Qubadlı və Laçın rayonlarında həyata keçirilən layihələrə yerində baxış keçirilib. Monitorinq tədbirlərində İİTKM ilə yanaşı, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkəti (SOCAR), “Azərişıq” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti tərəfindən ilkin olaraq Zəngilan rayonunun Cahangirbəyli, Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndlərində yaşayış məntəqələrinin tikintisi prosesinə yerində baxış keçirilib. Monitorinq qrupu sözügedən kəndlərdə inşası aparılan fərdi yaşayış evlərinin, kommunal və sosial infrastruktur obyektlərinin icra vəziyyəti ilə yaxından tanış olub.
Daha sonra Laçın rayonuna səfər edən heyət Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun rəhbərlik etdiyi heyət ilə görüş keçirib. Görüş çərçivəsində Laçın rayonunda Dövlət Proqramı üzrə icra olunan məsələlər və qarşıda duran perspektivlərə dair ətraflı məlumat təqdim olunub, gələcək hədəflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Laçın rayonunun Zerti kəndində yerləşən Laçın Aqro-Sənaye Parkının fəaliyyəti ilə də tanış olub. Park ərazisində yaradılan ətlik, yunluq, südlük qoyunçuluq və keçiçilik təsərrüfatlarına baxış keçirilib, eləcə də “LATIFA” Laçın tikiş fabrikinin və “PIRSHAGHI” ayaqqabı fabrikinin fəaliyyəti yerində izlənilib.
Keçirilən yerində baxış tədbirləri və aparılan müzakirələrdə azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün məşğulluq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, regionun mövcud təbii ehtiyatlarından, rəqabət üstünlüklərindən və iqtisadi potensialından tam və səmərəli formada istifadə edilməsi, istehsal sahələrinin şaxələndirilməsi istiqamətində müvafiq təkliflər səsləndirilib və əlaqələndirmə mexanizmləri qeyd olunub.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025