İİTKM-in “Böyük Qayıdış” Dövlət Proqramının icrası üzrə monitorinq səfəri Şuşa və Xankəndidə davam edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi monitorinq qrupu işğaldan azad edilmiş ərazilərə səfərini davam etdirir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində səfərin dördüncü günündə Şuşa və Xankəndi şəhərlərində, eləcə də ətraf yaşayış məntəqələrində həyata keçirilən layihələrə yerində baxış keçirilib.Monitorinq tədbirlərində İİTKM ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər
Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti əvvəlcə Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində yaşayış məntəqələrinin təmir-bərpası, Şuşa şəhərində isə D3, D4 və D5 yaşayış zonalarının tikintisi ilə tanış olub. Monitorinq qrupu, həmçinin Şuşa Müalicə-Sağlamlıq Mərkəzində tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən işlərə və Dövlət Yanğından Mühafizə Hissəsinin tikintisinə yerində baxış keçirib.
Daha sonra nümayəndə heyəti Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində yaşayış məntəqələrinin, eləcə də çoxmənzilli yaşayış binalarının təmir-bərpası işlərini qiymətləndirib. Səfər çərçivəsində Xankəndi Zəfər Muzeyində aparılan əsaslı təmir işləri, həmçinin yenidənqurulması yekunlaşmaq üzrə olan Xankəndi şəhər stadionunda görülən işlər də nəzərdən keçirilib.
Monitorinq zamanı qeyd olunub ki, ərazilərdə məskunlaşdırılmış əhalinin dayanıqlı yaşayışının təmin olunması məqsədilə infrastruktur layihələri intensiv şəkildə davam etdirilir, yanğından mühafizə sistemlərinin qurulması sürətlə həyata keçirilir. Müzakirələrdə infrastruktur və tikinti layihələrinin vaxtında başa çatdırılması, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, eləcə də kommunikasiya infrastrukturunun tamamlanmasında yaranan gecikmələrin operativ aradan qaldırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb və fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq təkliflər irəli sürülüb.
Qeyd edək ki, monitorinq səfəri proqramına uyğun olaraq, növbəti mərhələdə Kəlbəcər və Ağdərə rayonlarında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələrə yerində baxış davam etdiriləcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib