İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 10 illik yubileyi münasibətilə xüsusi buraxılış nəşr olunub.
İcmalda Mərkəzin monitorinq və qiymətləndirmə, makroiqtisadi təhlil və proqnoz, kommunikasiya fəaliyyəti, innovativ layihələri və beynəlxalq uğurları ətraflı təqdim olunub.
Ötən 10 il ərzində İİTKM 40-dan çox dövlət proqramının icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirərək “böyük verilənlər bazası” formalaşdırıb və data-əsaslı idarəetmə modelinin tətbiqinə mühüm töhfə verib. Nəticəəsaslı büdcə, ortamüddətli xərclər çərçivəsi, proqram və layihə idarəetməsi sahəsində aparılan islahatlar Mərkəzin dövlət idarəetməsindəki strateji rolunu daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın ən çox islahat aparan ölkələr sırasında yer alaraq 190 dövlət arasında 25-ci pilləyədək yüksəlməsi ən yeni iqtisadi tariximizin mühüm nailiyyətlərindəndir.
İİTKM qlobal miqyasda Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankı kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir, “Böyük İyirmilik” (G20) və “Böyük Yeddilik” (G7) ölkələrinin beyin mərkəzləri platformalarında təmsil olunur, Asiya və Türk dünyası beyin mərkəzləri şəbəkələrinin inkişafında fəal iştirak edir. Mərkəzin qazandığı çoxsaylı beynəlxalq mükafatlar sırasında Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) “Əqli mülkiyyət sahəsində ən yaxşı müəssisə” mükafatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycanda iqtisadi islahatların idarə edilməsi modelini nümunəvi innovativ təcrübə kimi qiymətləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində qazandığı uğurlar və layiq görüldüyü beynəlxalq mükafatlar da icmalda əks olunub.
Nəşrdə İİTKM-in iqtisadi təhlil və proqnozlaşdırma fəaliyyəti çərçivəsində yaradılan “Econlab” laboratoriyasında qurulmuş modellər barədə məlumat verilib. Bununla yanaşı, 10 ildə “Web of Science” və “Scopus” bazalarında indekslənmiş nəşrlər, 30 kitab və 800-dən artıq icmal İİTKM-in beyin mərkəzi kimi məhsuldar fəaliyyətini göstərir.
Mərkəzin innovativ layihələri - “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Türk Dünyası Araşdırmaları Mərkəzi barədə icmalda ayrıca bölmələr var.
Bundan əlavə, nəşrdə İİTKM-in kommunikasiya strategiyası çərçivəsində həyata keçirdiyi layihələr, ictimaiyyətin məlumatlandırılması istiqamətində görülən işlər və rəqəmsal transformasiya sahəsində atılan addımlar da geniş şəkildə təqdim olunur.
İcmalla ətraflı tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://ereforms.gov.az/files/files/cd003b4f8b77cad912c86361b8b44e24.pdf





Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu