İİTKM əməkdaşları üçün Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə infotur təşkil olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı və qurumun məsul əməkdaşları “AzerGold” QSC tərəfindən təşkil olunan infotur çərçivəsində Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) olublar.
Ölkənin qeyri-neft sənayesinin mühüm istiqamətlərindən biri olan dağ-mədən sektorunda həyata keçirilən fəaliyyət və istehsal prosesləri ilə yaxından tanışlıq məqsədi daşıyan infoturda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov da iştirak edib.
“AzerGold” QSC və İİTKM-in fəaliyyətlərinin 10 illiyi münasibətilə təşkil olunan tanışlıq səfəri çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyev dövlət şirkətinin fəaliyyət istiqamətləri, əldə etdiyi nəticələr və strateji hədəfləri barədə ətraflı məlumat verib.
Daha sonra iştirakçılara ÇİRES-in fəaliyyəti, hasilat və emal prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi standartları barədə təqdimat keçirilib. İnfotur iştirakçıları müəssisənin istehsalat sahələrinə baxış keçirərək ölkənin strateji ixrac məhsullarından biri olan qızılın emal mərhələlərini yerində izləmək imkanı əldə ediblər.
Səfər zamanı “AzerGold” QSC-nin həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri, eləcə də ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media nümayəndələri və digər maraqlı tərəflər üçün mütəmadi olaraq təşkil edilən infoturlar şirkətin fəaliyyəti, eləcə də ölkənin dağ-mədən sənayesi barədə məlumatlılığın artırılmasına və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025