İİTKM-də yeni kadr təyinatı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının əmri ilə qurumda Maliyyə meneceri vəzifəsinə təyinat olub. Bu vəzifəyə Anar Qazıyev təyin edilib.
Anar Qazıyev 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə təhsil alıb. “Deloitte Türkiye” şirkətinin mühasibatlıq və məsləhət xidmətləri üzrə tədris proqramının məzunudur. “GRBS-Azerbaijan” tərəfindən keçirilən proqramda beynəlxalq maliyyə hesabatları standartları üzrə milli diplom əldə edib.
O, 1998–2007-ci illərdə “AZFEN” şirkətində müxtəlif layihələr üzrə (Səngəçal terminalı, Bakı-Supsa neft kəməri, Azəri-Çıraq-Günəşli, Şahdəniz) mühasib, aparıcı mühasib, 2007-2021-ci illərdə “OTOKOÇ Azərbaycan” (KOÇ Holding) MMC-də baş mühasib, maliyyə şöbəsinin müdiri, 2021–2023-cü illərdə “GEMZA Group” MMC-də maliyyə direktoru vəzifələrində işləyib. 2024-cü ildə daxili audit sahəsində fəaliyyət göstərib. 2024-2025-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tabeli qurum olan “Azəridmanservis” MMC-də Maliyyə və mühasibatlıq şöbəsinin müdiri olub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib