İİTKM-də Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş seminar keçirilib
Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşəbbüsü ilə seminar təşkil olunub. Mərkəzin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində məsuliyyət amili” mövzusunda çıxış edib.
Seminarda Heydər Əliyevin dövlət idarəçiliyində məsuliyyət, təşəbbüskarlıq, uzaqgörənlik, strateji qərarvermə və peşəkarlıq prinsipləri geniş izah edilib. Bildirilib ki, Ulu Öndər Azərbaycanın taleyinə dair qərarların məsuliyyətini öz üzərinə götürərək xalqına qarşı böyük bir öhdəlik hissi ilə fəaliyyət göstərib. Onun rəhbərliyi altında qəbul olunan hər bir qərar yalnız mövcud vəziyyətə deyil, həm də gələcək nəsillərin rifahı ilə bağlı təsir gücünə malik idi.
Heydər Əliyev Azərbaycanın müstəqillik yolunda qarşılaşdığı çətinliklərə qarşı öz üzərinə böyük siyasi və mənəvi yük alaraq ölkəni böhranlardan çıxarmağa müvəffəq olub, siyasi və iqtisadi sabitliyi təmin edib. Onun hər bir qərarı xalqın gələcəyi üçün mühüm əhəmiyyət daşımaqla milli birliyin qorunub saxlanılmasında rol oynayıb.
Tədbirdə “İslahat Könüllüləri” təşkilatının rəhbəri Nailə Cəfərova və İİTKM-in İnsan Resursları üzrə meneceri Mətanət Rəsulova da mövzu ilə bağlı çıxış ediblər. İnteraktiv müzakirələr sual-cavab sessiyası ilə davam edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib