İİTKM-də “Türk dünyası startap ekosistemi”nin formalaşdırılması müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin Maliyyə Departamentinin rəhbəri Dr. Tarık Akın, "Invest in Türkiye"-nin şöbə müdiri Abdurrahman Arslan və qurumun nümayəndələri Dilruba Nur Dilmaç Fakıya və Mehmet Zahid Soytürk ilə görüş keçirilib.
Görüşdə İİTKM-nin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri İlyas Hüseynov və “Enterprise Azerbaijan” portalının layihə meneceri Aydan Hüseynzadə iştirak ediblər.
Görüşün əsas məqsədi Türk Dövlətləri arasında innovasiya, texnologiya sahibkarlığı və investisiya əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək “Türk dünyası startap ekosistemi” təşəbbüsü ətrafında fikir mübadiləsi aparmaq olub.
Müzakirələr zamanı İsa Qasımov “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı, əldə olunan nəticələr, formalaşdırılmış beynəlxalq tərəfdaşlıq şəbəkəsi və qlobal işgüzar əlaqələr barədə ətraflı məlumat verib. Daha sonra qonaqlara həmin təcrübə əsasında hazırlanmış “Türk dünyası startap ekosistemi” təşəbbüsü təqdim olunub.
Bildirilib ki, təşəbbüsün məqsədi Türk dövlətlərinin innovasiya ekosistemləri, startapları, investorları, texnologiya parkları, universitetləri və digər aidiyyəti qurumları arasında davamlı əməkdaşlıq platformasının formalaşdırılması, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və regional innovasiya əməkdaşlığının gücləndirilməsidir.
Türkiyə tərəfi təqdim olunan təklifləri maraqla qarşılayaraq, təşəbbüsün bir sıra istiqamətlərinin ölkələrinin innovasiya və sahibkarlıq sahəsindəki prioritetləri ilə uyğunluq təşkil etdiyini qeyd edib.
Müzakirələrin yekununda birlikdə təşəbbüs üzrə birgə ilkin konsepsiya sənədinin hazırlanmasının məqsədəuyğun olduğu vurğulanıb. Həmçinin qeyd olunub ki, konsepsiya sənədi formalaşdırıldıqdan sonra təşəbbüsün Türk Dövlətləri Təşkilatının aidiyyəti strukturları ilə müzakirəyə çıxarılaraq yekun sənədin formalaşmasına nail olunacaq.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib