İİTKM-də TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının baş katibi ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) Platformasının baş katibi, millət vəkili Azər Allahverənovla görüş keçirilib.
Görüşdə İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov Türk dövlətləri arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və ortaq strateji yanaşmaların təşviqi istiqamətində aparılan fəaliyyət barədə məlumat verib. O, TDAM-ın TDT ilə birgə 8 dildə rüblük dərc etdiyi “Türk iqtisadi icmalı” haqqında, həmçinin çapa hazırlanan “Türk Dövlətləri: Yüksələn İnvestisiya Gücləri” kitabı və “Türk Dövlətlərinin Rəqəmsal İqtisadiyyatı: Qlobal Trendlər və Regional Reallıqlar” kitabı layihələri barədə danışıb.
Görüşdə “Davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə Türk Dövlətləri Təşkilatı daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda keçirilməsi planlaşdırılan TDT-nin aparıcı milli analitik mərkəzlərinin 2-ci Konfransı haqqında fikir mübadiləsi aparılıb.
Azər Allahverənov bildirib ki, Türk dünyasında iqtisadi, elmi, ictimai və humanitar əməkdaşlığın geniş perspektivləri mövcuddur, TDT çərçivəsində qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi üçün ortaq analitik və tədqiqat platformalarının formalaşdırılması mümkündür.
Görüşdə Türk dövlətləri arasında institusional əməkdaşlığın gücləndirilməsi, ortaq iqtisadi gündəliyin təşviqi, eləcə də regional inteqrasiya proseslərinin elmi-analitik baxımdan dəstəklənməsinin əhəmiyyəti vurğulanıb. TDT-yə üzv ölkələrin analitik mərkəzləri, vətəndaş cəmiyyəti institutları və akademik çevrələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə konfransların, tədqiqat proqramlarının və ekspert platformalarının təşkili imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qonağa “Türk Dövlətləri İqtisadiyyatı” kitabı təqdim olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib