İİTKM-də qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramının icra vəziyyəti müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları ilə işçi qaydada görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Salıfova və İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Səbinə Cumazadə iştirak ediblər.
R.Hüseyn “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsi prosesi barədə məlumat verib və proqramda 2022-ci il üzrə nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilmə hesabatının aidiyyəti üzrə təqdim olunduğunu bildirib. İcraçı direktorun müavini hazırda Dövlət Proqramının 2023-cü il üzrə nəticəəsaslı monitorinq və qiymətləndirilməsinin aparılması zamanı qəbul olunmuş indikator cədvəlində nəzərdə tutulan dəyişikliklərin müzakirə olunduğunu qeyd edib.
AQTA və AQTİ-nin əməkdaşları aidiyyəti qurumlar tərəfindən tədbirlərin icrası zamanı sözügedən indikatorlar üzrə üzləşilən əsas problemləri səsləndiriblər, dəyişikliklərin səbəblərini açıqlayıblar. Görüşdə sözügedən Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq qoyulmuş məqsədlərə effektiv nail olma istiqamətində proqramın icrası və monitorinqi zamanı qarşıya çıxan çağırışların həlli ilə bağlı konstruktiv müzakirələr aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib