İİTKM-də Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı görüş keçirilib.
Görüşdə Tədbirlər Planında nəzərdə tutulan tədbirlər üzrə nəticə indikatorlarının və illər üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi, monitorinq və qiymətləndirmənin təşkili, eləcə də icraçı qurumlar arasında koordinasiya məsələləri müzakirə olunub.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxış edərək Tədbirlər Planının monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının əhəmiyyətini vurğulayıb. O, Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn vəzifələr və nəticə indikatorları üzrə hədəflərin müəyyənləşdirilməsi barədə məlumat verib. Qeyd olunub ki, 2027-ci ildən monitorinq və qiymətləndirmə “e-monitorinq” portalında yaradılacaq müvafiq Modul vasitəsilə həyata keçiriləcək.
İİTKM-in İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov Tədbirlər Planının strukturu, prioritet istiqamətləri və yeni monitorinq yanaşması ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda əvvəlki dövrdə tətbiq olunan monitorinq yanaşmasından nəticələrə əsaslanan monitorinq modelinə keçid, Məşğulluq Strategiyasının 2030-cu il üzrə hədəfləri ilə Tədbirlər Planı arasındakı əlaqə, həmçinin tədbirlərin və əsas icraçı qurumların bölgüsü barədə məlumat verilib. Bildirilib ki, indikatorlar tədbirlər üzrə nəzərdə tutulan nəticələrlə birbaşa əlaqəli, ölçülə bilən olmalıdır. Təqdimatda kəmiyyət və keyfiyyət xarakterli tədbirlər üzrə nümunəvi indikatorlar da iştirakçıların diqqətinə çatdırılıb.
Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılova “Layihə idarəetməsi” modulu barədə məlumat verərək Tədbirlər Planı çərçivəsində müəyyən ediləcək layihələr üzrə məlumatların sistemə daxil edilməsi, icra vəziyyətinin izlənilməsi və nəticələrin monitorinqi imkanlarını təqdim edib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil, İqtisadiyyat, Kənd Təsərrüfatı, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, həmçinin Dövlət Miqrasiya Xidməti və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar