İİTKM-də insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrasına dair indikativ planlaşdırma müzakirə olunub

İİTKM-də insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrasına dair indikativ planlaşdırma müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşdırmanın aparılması və nəticə indikatorları üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə əsas icraçı qurumların nümayəndələri ilə görüş keçirilib.

İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova və Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı Tədbirlər Planının icrası çərçivəsində 2026-cı il üzrə qarşıda duran vəzifələr, eləcə də icra dövrünün sonunda monitorinq və qiymətləndirmənin aparılması üçün kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsinə dair yanaşmalar barədə məlumat veriblər.

İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli tərəfindən indikativ planlaşdırma cədvəli təqdim olunub və dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı Tədbirlər Planının icrasında institusional koordinasiyanın gücləndirilməsi, nəticəyönümlü yanaşmanın tətbiqi və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı ümumi mövqelər formalaşdırılıb.

Strateji Araşdırmalar şöbəsinin aparıcı məsləhətçisi Könül Bədalova Layihə İdarəetmə Modulunun funksional imkanları, layihələr üzrə məlumatların sistemə daxil edilməsi, icra vəziyyətinin izlənilməsi və nəticələrin monitorinqi imkanları barədə məlumat verib.

Görüşdə Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.