İİTKM-də "Enterprise Azerbaijan" portalının “Startup School 4” proqramı çərçivəsində “Açıq qapı” günü keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının həyata keçirdiyi "Startup School 4: Beş qitə – 500 Startap" qlobal innovasiya proqramı çərçivəsində “Açıq qapı” günü keçirilib. Tədbirdə startap ekosisteminin üzvləri və ali təhsil müəssisələrinin aidiyyəti sahə üzrə nümayəndələri iştirak ediblər.
Görüşün məqsədi "Enterprise Azerbaijan" portalının həyata keçirdiyi "Startup School 4: Beş qitə – 500 Startap" qlobal innovasiya proqramının əhatə dairəsi, hədəfləri və startaplara təqdim etdiyi üstünlüklər barədə müzakirələrin aparılması, eləcə də ekosistem oyunçularının təkliflərinin dinlənilməsi olub. Portalın rəhbəri İsa Qasımov vurğulayıb ki, "Startup School 4" proqramının "Demo Day" tədbirinin bu ilin 30–31 oktyabr tarixlərində (500-dən çox sahibkar və ya investorun iştirakı ilə) Bakı Konqres Mərkəzində keçiriləcək "TEI Forum 2026" – biznes və ticarət forumu ilə birlikdə təşkil olunması nəzərdə tutulub. Belə ki, "Startup School 4" proqramının ən perspektivli 50 startapı sözügedən Forumda stend ilə də təmin olunacaq. Bu isə startapların 2 gün boyunca çoxsaylı investor və sahibkar ilə məhsuldar kommunikasiya qurmasına şərait yaradacaq.
Görüşdə "Enterprise Azerbaijan" portalının layihə meneceri Aydan Hüseynzadə "Startup School 4: Beş qitə – 500 Startap" qlobal innovasiya proqramının startap ekosisteminin inkişafına verdiyi töhfələr, qabaqcıl ekosistemlərin iştirakı ilə peşəkar təlim-mentorluq xidmətləri, innovativ ideyaların kommersiyalaşdırılması və qlobal bazarlara çıxış perspektivləri barədə ətrafl məlumatı verib. Qeyd olunub ki, "Startup School 4" proqramına 5 qitədən startaplar müraciət edir, həmçinin bu startapların inkişafı 5 qitədən olan tərəfdaşlar ilə birlikdə təmin edilir.
Daha sonra ekosistem nümayəndələrinin rəy və təklifləri dinlənilib, universitetlər, startaplar və biznes qurumları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mümkün mexanizmlər və potensial əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə startapların real sektorla birbaşa təmas imkanlarının artırılması, “Demo Day” mərhələsinin praktik biznes mühitinə inteqrasiyası və investisiya əlaqələrinin genişləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub.
Qeyd edək ki, "Startup School 4" proqramına qeydiyyat prosesi 15 may tarixində yekunlaşır. Müraciət etmək istəyən startaplar və innovativ ideya sahibləri üçün bu tarix son fürsət hesab olunur.
Qeydiyyat üçün link: https://startupschool.az/en/register









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib