İİTKM-də Beynəlxalq Valyuta Fondunun “Makroiqtisadi diaqnostika” üzrə təlimləri başa çatdı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən keçirilən “Makroiqtisadi diaqnostika” mövzusunda təlimlər başa çatıb.
Bir həftə davam edən təlimlərdə Azərbaycanın dövlət qurumlarından (İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, SOCAR, Dövlət Neft Fondu və s.) 25 nümayəndə iştirak edib.
Proqram çərçivəsində fiskal və monetar siyasət, inflyasiya dinamikası, borc dayanıqlığı və xarici sektor üzrə makroiqtisadi təhlil bacarıqları tədris olunub. Təlimin sonuncu günündə keçirilən qrup təqdimatlarında iştirakçılar öyrəndikləri modelləri real siyasət ssenarilərinə tətbiq ediblər.
BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensial Quruculuğu Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke bildirib ki, təlimə ev sahibliyi edən və təşkilati dəstək göstərən İİTKM dövlət sektorunda analitik potensialın gücləndirilməsinə və iqtisadi siyasətin keyfiyyətinin artırılmasına töhfəsini davam etdirir.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qeyd edib ki, təlimdə tədris olunan iqtisadi modellər dövlət qurumlarının əməkdaşlarının fəaliyyətində əhəmiyyətli rol oynayacaq.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu