İİTKM-də “Azərbaycanı Tanımaq” proqramı çərçivəsində Türkiyədən gələn akademik heyətlə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycanı Tanımaq” proqramı çərçivəsində Türkiyədən ölkəmizə səfər edən akademik heyətlə görüş keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi proqramda Türkiyənin Çanakkale Onsekiz Mart, Sakarya, Erciyes, Ankara Hacı Bayram Veli, Hacettepe və Sivas Cumhuriyyət universitetləri, eləcə də Asiya Çalışmaları İnstitutu, Ankara Humanitar Elmlər İnstitutu, Türkiyat Araşdırmaları İnstitutu və Orta Doğu Strateji Araşdırmalar Mərkəzindən (ORSAM) nümayəndələr iştirak edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn qonaqları salamlayaraq Mərkəzin əsas fəaliyyət istiqamətləri və iş prinsipi haqqında məlumat verib. O bildirib ki, İİTKM fəaliyyət göstərdiyi 10 il ərzində 40-dan çox dövlət proqramının icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirərək “böyük verilənlər bazası” formalaşdırıb və data-əsaslı idarəetmə modelinin tətbiqinə mühüm töhfə verib. Ramil Hüseyn vurğulayıb ki, İİTKM Cənubi Qafqazın ən böyük iqtisadiyönümlü beyin mərkəzidir, Azərbaycan Beyin Mərkəzləri Platformasının təsisçilərindəndir. Mərkəz son illər "Türk Dövlətləri İqtisadiyyatı", “Orta dəhliz”, “İslam ölkələrinin iqtisadi potensialı” kimi mühüm mövzuları əhatə edən kitablar çap etdirib, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində rüblük "Türk İqtisadi İcmalı"nı hazırlayır.
İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov ölkəmizin investisiya iqlimi və müxtəlif ölkələrlə ticarət əlaqələri haqqında proqram iştirakçılarına məlumat verib.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli “Böyük Qayıdış” proqramının icrası üzrə monitorinq və qiymətləndirmə fəaliyyəti çərçivəsində yaradılmış portal və bu sahədə görülən işlər haqqında geniş təqdimatla çıxış edib.
İİTKM-nin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbərinin rəhbəri İlyas Hüseynov Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birlikdə 8 dildə nəşr olunan Türk İqtisadi İcmalı buraxılışı haqqında məlumat verib, universitetlər, eləcə də beyin mərkəzləri arasında əməkdaşlığın geniş perspektivləri olduğunu diqqətə çatdırıb.
Görüş zamanı iştirakçılara Azərbaycanın yaşıl enerji siyasəti, nəqliyyat infrastrukturu, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun inkişafı prioritetləri, dəyişən geoiqtisadi reallıqlar fonunda ölkənin rolu barədə geniş məlumat verilib.
Proqram çərçivəsində aparılan müzakirələr sual-cavab bölməsi və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.







Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu