İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə "COP29: Potensialın inkişafı – Azərbaycan üzrə diaqnostik tədqiqat: Yaşıl, diversifikasiya olunmuş və davamlı iqtisadiyyatda iş bacarıqları" adlı texniki yardım layihəsi çərçivəsində müzakirə aparılıb. Giriş nitqi ilə çıxış edən İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Mərkəzin fəaliyyəti ilə bağlı qonaqlara geniş məlumat verib.
Sonra AİB məsləhətçiləri texniki yardım layihəsinin məqsədini diqqətə çatdırıb, eləcə də layihə çərçivəsində aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələrin əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə xüsusilə Mərkəzin monitorinq və qiymətləndirmə fəaliyyəti, o cümlədən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyası” çərçivəsində məşğulluq və əmək bazarına dair məsələlər müzakirə edilib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu