“Yaşıl enerji məkanı” üzrə işçi qrupun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” işçi qrupunun növbəti iclası keçirilib.
İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, “Yaşıl enerji məkanı” məqsədi üzrə tədbirlərin reallaşdırılması enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına və ətraf mühitin mühafizəsinin təmin edilməsinə mühüm töhfə verir. Qeyd olunub ki, elektrik və qaz təchizatı sahəsində aparılan islahatlar, elektrik şəbəkələrinin yenilənməsi və gücləndirilməsi, müasir avadanlıqların tətbiqi, yeni yarımstansiya və elektrik xətlərinin inşası enerji təchizatının keyfiyyət və etibarlılığını artırır. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və enerji idarəetmə sistemlərinin təkmilləşdirilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, enerji xərclərinin və itkilərin azaldılmasına, iqtisadi rəqabətqabiliyyətliliyin yüksəldilməsinə şərait yaradır.
Sonra işçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyanın 5.2-ci məqsədi – “Yaşıl enerji məkanı” üzrə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası ilə bağlı 2026-cı ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair hesabatı təqdim edib, görülmüş işlər, monitorinq və qiymətləndirmə nəticələri, hədəf indikatorları üzrə tədbirlərin icra göstəriciləri barədə məlumat verib.
İclasda işçi qrup üzvlərinin hesabata dair rəy və təklifləri dinlənilib, icrası başa çatacaq tədbirlər üzrə 2026-cı il üçün hədəflənmiş işlərə dair çağırış və tövsiyələr, atılacaq növbəti addımlar nəzərdən keçirilib, eləcə də bu tədbirlərin icrasının tam və effektiv tamamlanması və qarşıdakı dövrdə yekun hesabatın vaxtında və dolğun hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, “Yaşıl enerji məkanı” işçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.







Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır