“Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı “Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupun növbəti iclası keçirilib.
İclasda Strategiyanın “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin cari dövr üzrə monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.
Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupun sədri Əliyar Məmmədyarov “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə icra nəticələri və əldə olunmuş nailiyyətlər barədə danışaraq Mərkəzi Bank tərəfindən həyata keçirilmiş təşəbbüsləri diqqətə çatdırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova Strategiyanın icrasının yekun mərhələsinə yaxınlaşması fonunda 2026-cı il üzrə hədəflərə nail olunmasının, icrası davam edən tədbirlərin sürətləndirilməsinin və nəticə indikatorları üzrə nəzərdə tutulan göstəricilərin təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Strategiyanın “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədi üzrə 2026-cı ilin birinci yarısında görülmüş işlərin monitorinq və qiymətləndirmə nəticələrinə dair hesabat təqdim edilib. Hesabatda makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, hədəf və nəticə indikatorlarının icra vəziyyəti, əldə edilmiş nəticələr, eləcə də zəruri olan məsələlər barədə məlumat verilib. Həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində növbəti addımlar müəyyən edilib.
İclasda Mərkəzi Bank və İİTKM-lə yanaşı, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, “Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupu Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə yaradılıb.







Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır