İİTKM-in icraçı direktorunun müavini Xankəndidə məşğulluğa həsr olunan tədbirdə çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova Xankəndi şəhərində “Regional məşğulluq ekosisteminin qurulması: işəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masada iştirak edib.
Dəyirmi masada Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dayanıqlı məskunlaşmanın və əhalinin layiqli yaşayışının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin əmək bazarına inteqrasiyası, yeni iş yerlərinin yaradılması və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Tədbirdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə təqdimatlar edilib, regionlarda məşğulluğun artırılması ilə bağlı mövcud imkanlar və qarşıda duran prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxışında Böyük Qayıdışa dair I Dövlət Proqramı və işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına dair Tədbirlər Planının monitorinq və qiymətləndirilməsi çərçivəsində aparılmış təhlillərin nəticələrini diqqətə çatdırıb. O qeyd edib ki, azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi yalnız yeni iş yerlərinin yaradılması ilə məhdudlaşmır, eyni zamanda azad edilmiş ərazilərdə əmək bazarının tələbləri ilə köçürülən və köçürülməsi planlaşdırılan əhalinin peşə və ixtisas bacarıqları arasında uyğunluğun təmin edilməsini, işəgötürənlərin prosesə daha fəal cəlb olunmasını və məşğulluq xidmətlərinin çevik təşkilini tələb edir.
Təranə Salıfova həmçinin qayıdışı planlaşdırılan və artıq təmin olunmuş əhalinin peşə və ixtisas bacarıqları barədə məlumatların aidiyyəti qurumlar arasında daha çevik və sistemli şəkildə paylaşılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu məlumatların əmək bazarının cari və perspektiv tələbləri ilə əlaqələndirilməsi məşğulluq tədbirlərinin daha məqsədyönlü planlaşdırılmasına və insan kapitalından səmərəli istifadəyə imkan yarada bilər.
Tədbirdə İİTKM-lə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri, eləcə də işəgötürənlər iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib