İİTKM-də 2026-cı il üzrə İş Planı müzakirə olunub
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən 2026-cı il üzrə hazırlanan İş Planının müzakirə keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin icraçı direktorunun müavini Ramil Hüseyn ilk olaraq Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin 2025-ci ildə İİTKM tərəfindən icrası barədə məlumat verib və bildirib ki, bununla bağlı illik hesabat hazırlanır. Daha sonra İİTKM-in hüquqşünası Nigar Hafizqızı Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin 2026-cı ildə icrası ilə bağlı hazırlanan İş Planı barədə əməkdaşlara məlumat verib. O, İİTKM-in icrasından məsul olduğu tədbirlərin hər birini ətraflı izah edib və vurğulayıb ki, 2025-ci ildə bununla bağlı görülən işlər 2026-cı ildə də davam edəcək. Həmçinin N.Hafizqızı qeyd edib ki, korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə İİTKM tərəfindən illik hesabat da hazırlanır. Hüquqşünas bu hesabatla bağlı əməkdaşları ətraflı məlumatlandırıb.
Müzakirə zamanı əməkdaşların təklifləri də nəzərə alınmaqla 2026-cı il üzrə İş Planının rəhbərliyə təqdim olunması qərarlaşdırılıb.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025