İİTKM Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı il üzrə indikativ planlaşdırma tədbirlərinə başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşmanın aparılması məqsədilə icraçı qurumlarla görüşlərə başlanılıb.
Proses çərçivəsində oktyabr-noyabr ayları ərzində dövlət proqramı üzrə əsas icraçı qismində müəyyən edilmiş 41 qurumla müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə Dövlət Proqramına dair 2026-cı il üzrə nəticə indikatorları müəyyənləşdirilir, qarşıda duran vəzifələr və perspektivlərlə bağlı müzakirələr aparılır, monitorinq və qiymətləndirmə prosesi üzrə hesabatlılığın optimal qaydada təşkilinə dair mühüm məqamlar nəzərdən keçirilir.
İİTKM-in monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları ilk gün "Azərbaycan Dəmir Yolları" QSC, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə müvafiq görüşlər keçiriblər. Görüşlərdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi prosesində yaranan çətinliklər və onların həlli yolları müzakirə edilib, gələcək hədəflərə uyğun nəticə indikatorlarının hazırlanması üçün müvafiq tövsiyələr verilib.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025