“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilmişdir.
İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, işçi qrupunun rəhbəri Cavid Qurbanovun sədrliyi ilə keçirilmiş iclasda qrupun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılmışdır.
İclas zamanı cari ilin 16 aprel və 29 aprel tarixlərində “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilmiş Milli Biznesin İnkişafı Forumu haqqında məlumat verilmişdir. Həmin tədbirdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunda təmsil olunan qurumlar tərəfindən aparılan işlər haqqında sahibkarlar üçün təqdimatların edildiyi, nəqliyyat və kommunal xidmətləri sahəsində sahibkarların suallarının cavablandırıldığı və müzakirələrin aparıldığı diqqətə çatdırılmışdır.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək, Komissiyanın tərkibində 25 işçi qrupundan biri olan “Fiziki infrastruktur” İşçi Qrupunun əsas mandatının Qlobal Rəqabətlilik Hesabatında və Qlobal İnnovasiyalar İndeksi Hesabatında infrastruktur bloku üzrə ölkəmizin mövqeyinin artırılması ilə bağlı təkliflərin verilməsi, eləcə də bu istiqamətdə tədbirlərin icra olunmasından ibarət olduğunu bildirmişdir. O, həmçinin infrastruktur üzrə indikatorların müxtəlif sahələri əhatə etdiyini qeyd edərək, bununla bağlı İşçi Qrupunun tərkibinin və hazırkı Fəaliyyət Planında əks olunan məsələlərin kifayət qədər geniş olduğunu vurğulamışdır.
Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətlərinin, eləcə də “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinin nümayəndələri tərəfindən icraçısı olduqları tədbirlər üzrə 2025-ci ilin 9 ayı ərzində görülmüş işlərə dair hesabatlar təqdim edilmiş, aidiyyəti məsələlərin müzakirəsi aparılmışdır.
Aparılmış müzakirələrə uyğun olaraq qarşıda duran məsələlərin həlli istiqamətində müvafiq qərarlar alınmış, icra prosesinin sürətləndirilməsi və optimallaşdırılması ilə bağlı tövsiyələr verilmişdir.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Fiziki infrastruktur” üzrə işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025