“Enterprise Azerbaijan” və “Enterprise Singapore” innovasiya sahəsində əlaqələri gücləndirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə Azərbaycanla Sinqapur arasında innovasiya ekosisteminin aparıcı iştirakçılarının görüşü keçirilib. Onlayn görüşdə Azərbaycanı “Enterprise Azerbaijan” portalı, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “Yeni Fikir” şirkəti təmsil edib. Sinqapurdan isə “Enterprise Singapore” və Sinqapur Milli Universitetinin (National University of Singapore – NUS) nümayəndələri iştirak ediblər.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə portalın məqsədləri, fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə təqdimatla çıxış ediblər.
Sinqapur Milli Universitetinin və “Enterprise Singapore” təşkilatının nümayəndələri innovasiya və texnoloji sahibkarlığın inkişafı istiqamətində öz təcrübələrini bölüşərək həyata keçirdikləri təşəbbüsləri təqdim ediblər.
Bununla yanaşı, AzMİU-nun İnnovativ Biznes İnkubatorunun rəhbəri Rasim Abdullayev və “Yeni Fikir” şirkətinin Biznesin İnkişafı və İnnovasiyalar Direktoru Telman Mustafayev təmsil etdikləri qurumların fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları haqqında məlumat veriblər.
“Enterprise Singapore” və “Enterprise Azerbaijan” portalının əməkdaşlığı nəticəsində baş tutan görüşdə birgə sahibkarlıq və innovasiya proqramlarının təşkili, təcrübə mübadiləsi və iki ölkə arasında startap ekosisteminin inkişafına yönəlmiş məsələlər müzakirə olunub.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025