“Enterprise Azerbaijan” portalı Türk Ticarət və İnvestisiya Forumunda “Startups and Investment” sessiyası keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı ilə Bakıda keçirilən “II Türk Ticarət və İnvestisiya Sərgisi və Forumu”nda “Startups and Investment” adlı sessiya keçirilib.
Sessiyanın moderatoru İİTKM-in “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Türk dövlətlərində startap ekosisteminin vəziyyəti və perspektivləri ilə bağlı məlumat verib.
O, rəhbərlik etdiyi portalın həyata keçirdiyi “Startup School 3” layihəsinin "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) akselerasiya proqramından danışaraq vurğulayıb ki, bu proqram Mərkəzi Asiya və İpək Yolu boyunca yerləşən ölkələrdən olan innovativ startapların iştirakını nəzərdə tutur. Proqramın əsas məqsədi gənc innovatorların bilik və bacarıqlarını təkmilləşdirmək, onları rəqabətli qlobal bazarlara hazırlamaq, eləcə də rəqəmsal və ekoloji baxımdan dayanıqlı texnoloji həllərin inkişafını təşviq etməkdir.
Sessiyada Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Startap ekosisteminin qurulması şöbəsinin müdiri Camal Ağayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva, Beynəlxalq İnvestisiya Təşviqi üzrə Ekspert Elnur Tağıyev, “TUMMIAD” dərnəyinin sədri Bülənt Kavaklı, Inafintech”in qurucusu Şükrü Can Akkaya, “Patile Co”nun qurucusu Tolgahan Yıldırım spiker kimi çıxış ediblər.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib