“Ekoloji məsələlər” üzrə işçi qrup 2025-ci ilin yekunlarını müzakirə edib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Ekoloji məsələlər” üzrə işçi qrupun iclası keçirilib. İclasda Strategiyanın “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədi üzrə 2025-ci ildə görülmüş işlər müzakirə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil olunan iclasda İşçi qrupun sədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Strategiyanın tədbirlər planına uyğun olaraq il ərzində görülmüş işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova hesabat dövründə icra olunmuş, həmçinin icrası davam edən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədi üzrə ilin yekunlarına dair monitorinq və qiymətləndirmə hesabatını təqdim edib.
Təqdimatdan sonra işçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib, icra prosesinin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.
Qeyd edək ki, “Ekoloji məsələlər” üzrə işçi qrupda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, “Təmiz şəhər” ASC, Dövlət Neft Şirkəti və AZAL-ın rəhbər şəxsləri təmsil olunurlar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib