“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası keçirilib
1 may, 2026-cı il Bakı: 1 may 2026-cı il tarixində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
İclasda Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsul şəxsləri, eləcə də qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib.
İclasda işçi qrupunun 2026-cı il üzrə təsdiq olunmuş fəaliyyət planının icrası istiqamətində həyata keçirilmiş tədbirlərə dair hesabatlar dinlənilib. Hesabatlar büdcə şəffaflığı, dövlət borcunun dayanıqlılığı, dövlətin tənzimləmə yükü, monetar azadlıq, qlobal innovasiyalar, inflyasiya, tənzimləmənin keyfiyyəti və investisiya mühiti üzrə göstəricilərin yaxşılaşdırılması, habelə təbii resursların səmərəli idarə olunması istiqamətləri üzrə işləri əhatə edib. Qeyd olunan istiqamətlər üzrə həyata keçirilə biləcək əlavə tərbirlərə dair təkliflər ətrafında müzakirələr aparılıb.
İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov müzakirələri yekunlaşdıraraq fəaliyyət planı üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.
İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini şöbə müdiri Orxan Sadıqov təmsil edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib