Dünya Bankının hesabatı hökumətləri hərtərəfli tədbirlər görməyə çağırır
Dünya Bankı “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğunu açıqlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdirinin müavini Günay Quliyeva deyir ki, COVID-19 pandemiyasının davam etməsi, Rusiya-Ukrayna müharibəsi və monetar siyasətin sərtləşdirilməsi fonunda dünya iqtisadiyyatının vəziyyətini qiymətləndirən hesabat həm qlobal, həm də milli miqyasda qarşıda duran mühüm çağırışları vurğulamaqla, hökumətləri makroiqtisadi və maliyyə sabitliyini yaxşılaşdırmaq üçün təcili və sistemli tədbirlər görməyə çağırır.
Hesabatda qlobal artımın bu ilin ikinci yarısında əhəmiyyətli dərəcədə yavaşlayacağı, bu yavaşlamanın 2024-cü ildə daha da sürətlənəcəyi proqnozlaşdırılır. Bildirilir ki, kəskinləşən inflyasiya təzyiqləri fonunda, inflyasiyanın qarşısını almaq üçün sərt pul siyasətinin aparılması zərurəti yaranır. Bundan əlavə, qabaqcıl iqtisadiyyatların bank sektorlarında baş verən gərginliklər səbəbindən kredit şərtlərinin sərtləşdirilməsinin iqtisadi fəallığı azaldacağı gözlənir.
Dünya Bankı xəbərdarlıq edir ki, bank sektorundakı problemlərin genişlənməsi və monetar sərtləşdirmə siyasətinin tətbiqi ehtimalı qlobal iqtisadi böyümənin daha da zəifləməsinə səbəb ola bilər. Bundan əlavə, inkişaf etmiş iqtisadiyyatlarda artan borclanma xərcləri inkişaf etməkdə olan ölkələrdə və xüsusən də daha həssas inkişafa malik ölkələrdə maliyyə dayanıqlılığının pozulmasına gətirib çıxara bilər. Aşağı gəlirli ölkələrdə maliyyə vəziyyətinin getdikcə qeyri-müəyyən hala gəlməsi həmin ölkələrdə maliyyə dayanıqlılığının təmin edilməsi üçün təcili tədbirlər görülməsini tələb edir.
Dünya Bankı bildirir ki, inkişaf etməkdə olan bazarlarda, xüsusən də aşağı gəlirli ölkələrdə maliyyə dayanıqlılığını yaxşılaşdırmaq, daha yüksək gəlir əldə etmək, xərclərin səmərəliliyini artırmaq və borc idarəetmə təcrübələrini təkmilləşdirmək üçün strategiyaların tətbiqi qaçılmazdır.
G.Quliyeva deyir ki, Dünya Bankı, həmçinin iqlim dəyişikliyinin həlli, böhranlar və aclıqlardan təsirlənən dünya əhalisinə dəstək və zəruri hallarda borcların silinməsi üçün davamlı beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır. Hesabat daha uzunmüddətli perspektivdə fiziki və insan kapitalının artırılmasının, eləcə də əmək təklifinin artırılması üçün islahatların həyata keçirilməsinin və inkişaf etməkdə olan bazarların iqtisadi artımında proqnozlaşdırılan azalmanın qarşısının alınmasının vacibliyini vurğulayır.







Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu