Dünya Bankı: "Azexport"un xidmətlərini genişləndirməklə KOB-ların beynəlxalq bazarlara çıxışı dəstəklənməlidir
Dünya Bankı Azərbaycana işgüzar mühitin yaxşılaşdırılmasına və özəl investisiyaların cəlb edilməsinə yönəlmiş islahatları aktivləşdirməyi tövsiyə edir.
Bankın ekspertlərinin fikrincə, Azərbaycan hökuməti özəl sektoru dəstəkləmək məqsədilə davamlı səylər göstərir. Analitiklər hesab edirlər ki, dövlət-özəl sektor arasında daha müntəzəm məsləhətləşmələr özəl sektorun investisiyalarına mane olan problemlərin həlli üçün əsas olacaq.
Dünya Bankı vurğulayır ki, "Azexport” portalı və digər aidiyyəti qurumlar tərəfindən təqdim olunan xidmətləri genişləndirmək və daha yaxşı istiqamətləndirmək yolu ilə KOB-ların daxili və beynəlxalq bazarlara çıxışı üçün institusional dəstək gücləndirilməlidir.
Hesabata əsasən, biznes və investisiya mühiti islahatlarını təşviq etmək üçün əsas maraqlı tərəflər (dövlət və özəl) prosesə cəlb edilməli, institusional və qanunverici dəstəyin effektivliyi artırılmalıdır. Bundan əlavə, Dünya Bankı son illərdə aparılan hüquq və məhkəmə islahatlarını davam etdirməyi, əqli mülkiyyət hüquqları ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi üçün əlavə səyləri sınaqdan keçirməyi tövsiyə edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib