Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə bağlı indikativ planlaşdırma davam edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icraçı qurumlarla indikativ planlaşdırma tədbirləri üzrə növbəti görüşlər keçirilib. Müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, SOCAR-ın və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə yaşıllaşdırma sahəsində layihələrin həyata keçirilməsi, meşə fondunun inventarlaşdırılması və qiymətləndirilməsi, məhv edilmiş meşə sahələrinin bərpası və artırılması kimi mühüm məsələlər üzrə müzakirələr aparılıb.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə regionun yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi və digər məsələlər nəzərdən keçirilib.
SOCAR nümayəndələri ilə qaz təchizatı məqsədilə paylayıcı şəbəkənin qurulması və digər aidiyyəti məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi, şəhərlərdə və qəsəbələrdə parkların, meşə parklarının, qəbiristanlıqların, pavilyonların, bayraq meydanlarının, mərkəzi meydanların, sərgi mərkəzlərinin və digər sosial-ictimai obyektlərin tikintisi məsələləri üzrə müzakirələr həyata keçirilib.
Görüşlərin sonunda Dövlət Proqramının hədəflərinin həyata keçirilməsi prosesində yaranan çətinliklər və onların həlli yolları müzakirə edilib, gələcək hədəflərə uyğun nəticə indikatorlarının hazırlanması üçün müvafiq tövsiyələr verilib.



Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti