Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində İİTKM və ADSEA arasında görüş baş tutub
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nümayəndələri arasında görüş baş tutub. Görüşdə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə əlaqədar qarşıda duran vəzifələr, monitorinq və qiymətləndirmə prosesi üzrə hesabatlılığın optimal qaydada təşkili üzrə məsələlər müzakirə olunub. Əlavə olaraq, Dövlət Proqramı çərçivəsində müəyyən edilmiş layihələrin icra vəziyyəti və növbəti dövrlər üzrə icrası nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov, Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov və Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Agentlik sədrinin müşaviri Etibar Məmmədov, Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə və Protokol sektorunun müdiri Hafiz Məmmədov iştirak ediblər.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamına əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır