“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Xarici bazarlara satışın təşkili” mövzusunda təlim keçirəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 23 noyabr 2023-cü il tarixində “Xarici bazarlara satışın təşkili” mövzusunda təlim keçirəcək. Təlim çərçivəsində yerli istehsalın xarici bazarlara çıxarılması üçün hədəf kütlənin təyini, potensial müştərilərə uyğun satış kanallarının tapılması, qiymət siyasətinin düzgün təşkili və müştəri məmnuniyyətinin formalaşdırılması istiqamətlərində müzakirələr aparılacaq.
Həmçinin tədbirdə aşağıdakı mövzular haqqında danışılacaq:
- Məhsulun doğru təqdimatı;
- Satış həcminin artırılması üçün qiymət texnikası;
- Xarici bazarın xüsusi hallarını təyin etmə;
- Sərgi və digər netvorkinq tədbirləri;
- Davamlı satış üçün zəruri şərtlər.
Saat 10:00-da başlayacaq təlimin müddəti 3 saat nəzərdə tutulub. Təlimçi isə satış üzrə ekspert Altay Əliyevdir.
Tədbirdə iştirak etmək və tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkdən qeydiyyatdan keçə bilərsiniz: https://training.ereforms.org/.
Təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında baş tutacaq. (Ünvan: Bakı ş, Yasamal r, Qurban Xəlilov 47)
Əlaqə nömrələri: (012) 521-28-48 / (050) 254-29-27.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib