02 noyabr 2023, 16:29

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 23 noyabr 2023-cü il tarixində “Xarici bazarlara satışın təşkili” mövzusunda təlim keçirəcək. Təlim çərçivəsində yerli istehsalın xarici bazarlara çıxarılması üçün hədəf kütlənin təyini, potensial müştərilərə uyğun satış kanallarının tapılması, qiymət siyasətinin düzgün təşkili və müştəri məmnuniyyətinin formalaşdırılması istiqamətlərində müzakirələr aparılacaq.

Həmçinin tədbirdə aşağıdakı mövzular haqqında danışılacaq:

  • Məhsulun doğru təqdimatı;
  • Satış həcminin artırılması üçün qiymət texnikası;
  • Xarici bazarın xüsusi hallarını təyin etmə;
  • Sərgi və digər netvorkinq tədbirləri;
  • Davamlı satış üçün zəruri şərtlər.

Saat 10:00-da başlayacaq təlimin müddəti 3 saat nəzərdə tutulub. Təlimçi isə satış üzrə ekspert Altay Əliyevdir.

Tədbirdə iştirak etmək və tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün  qeyd olunan linkdən qeydiyyatdan keçə bilərsiniz:  https://training.ereforms.org/.

Təlim  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında baş tutacaq. (Ünvan: Bakı ş, Yasamal r, Qurban Xəlilov 47)

Əlaqə nömrələri:  (012) 521-28-48 /  (050) 254-29-27.        


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az