Baş Nazir Böyük Qayıdışa dair I Dövlət proqramının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM):
Proqramda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin effektiv təmini məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın (bundan sonra - Portal) formalaşdırılmasını 3 (üç) ay müddətində təmin etməlidir.
Portalda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təqdimatı əsasında Proqramda qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (texniki-iqtisadi, ekspertiza və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməlidir.
İİTKM proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini aparıb, nəticəsi barədə məlumatları ildə iki dəfə, hər ilin mart (2024-cü ildən) və sentyabr aylarının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Proqramda nəzərdə tutulan tədbirlərin icrasının qiymətləndirilməsini aparıb, nəticəsi barədə məlumatları 2025-ci və 2027-ci illərin mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Sərəncama əsasən Proqramda nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanlar (qurumlar) aşağıdakıları təmin edəcək:
Sərəncamın 1.2-ci bəndində göstərilən məlumatların ayda bir dəfə, hər ayın 5-dək Portalda yerləşdirilməsini, Proqramda nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təyin edilməsini və bu barədə məlumatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını,
Proqramda nəzərdə tutulan icra müddəti iki il və daha artıq müddəti əhatə edən tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə, həmin müddətlər çərçivəsində illər üzrə bölgüsünün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını, Proqramın həyata keçirilməsi ilə bağlı görülən işlər və nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə monitorinqin və qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə ünvanlanması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ildə iki dəfə hər ilin yanvar (2024-cü ildən) və iyul aylarının 25-dək məlumatların təqdim edilməsini.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Proqramda nəzərdə tutulmuş tədbirlərin monitorinqinin və qiymətləndirilməsinin sifarişi və Portalın yaradılması xərclərinin maliyyələşdirilməsi ilə bağlı tədbirlər görəcək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi Proqramda nəzərdə tutulan tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə müvafiq müqavilənin bağlanılmasını təmin edəcək. Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinə və Sənaye və energetika şöbəsinə həvalə edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu