Bakıda və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası üzrə indikativ planlaşdırma məsələləri müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində tədbirlərin monitorinqi, qiymətləndirilməsi və icraçı qurumlar üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə Nazirlər Kabinetinin və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri iştirak ediblər.
Mərkəzin icraçı direktorunun müavini Təranə Salıfova Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər üzrə hədəf göstəricilərin müəyyən edilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb. Həmçinin Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üzrə məlumatların “e-monitorinq” üzərindən toplanması, təhlili və hesabatlılığın təmin edilməsini vurğulayıb.
Görüşdə Dövlət Proqramının Tədbirlər planı üzrə indikator cədvəlinin hazırlanması üçün İİTKM tərəfindən nümunəvi forma təqdim edilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, hesabatlılıq mexanizmlərinin tətbiqi, “Layihə idarəetməsi” modulu üzrə layihələrin siyahısının formalaşdırılması məsələləri və qarşıda duran digər vəzifələr müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 yanvar tarixli 883 nömrəli Sərəncamına əsasən, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” üzrə tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib