B-READY 2025: Azərbaycan biznes mühitində güclü və çoxölçülü institusional irəliləyiş nümayiş etdirir
Dünya Bankı tərəfindən dərc olunan “B-READY 2025” hesabatı Azərbaycanın biznes mühitinin əsas ölçüləri üzrə güclü, ardıcıl və şaxələndirilmiş nəticələr ortaya qoyur ki, bu da ölkədə son illər həyata keçirilən islahatların real, ölçülə bilən və dayanıqlı nəticələr verdiyini aydın şəkildə nümayiş etdirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli vurğulayıb ki, Azərbaycanın ilk dəfə qiymətləndirildiyi bu nüfuzlu hesabatda maliyyə xidmətləri sahəsində əldə olunan yüksək nəticələr ölkənin institusional inkişaf səviyyəsini, maliyyə sisteminin yetkinliyini və beynəlxalq rəqabət qabiliyyətini əks etdirən mühüm göstərici kimi ön plana çıxır. Qiymətləndirilən on mövzunun hər biri üzrə Azərbaycanın göstəricilərinin qlobal bölgünün orta səviyyəsindən yuxarı yerləşməsi biznes mühitinin funksionallığının geniş və sistemli əsaslar üzərində formalaşdığını açıq şəkildə nümayiş etdirir.
Maliyyə xidmətləri üzrə əldə olunan 87.02 bal ölkənin maliyyə infrastrukturunun və institusional mexanizmlərinin yüksək yetkinlik səviyyəsinə çatdığını əks etdirir və bu göstərici Azərbaycanı “B-READY 2025” çərçivəsində qiymətləndirilən 101 ölkə arasında birinci pilləyə yüksəldir.
Qiymətləndirmə çərçivəsində göstəricilər 0–100 intervalında hesablanır və tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi olmaqla üç əsas altgöstərici əsasında formalaşdırılır. Bu kontekstdə Azərbaycan “B-READY”in hər üç altgöstərici üzrə qlobal orta göstəriciləri ardıcıl şəkildə üstələyərək biznes mühitinin institusional baxımdan güclü və balanslı olduğunu nümayiş etdirir. Xüsusilə tənzimləyici çərçivə üzrə əldə olunan 94.01 bal biznes fəaliyyətini dəstəkləyən möhkəm normativ-hüquqi mühitin formalaşdığını ortaya qoyur, ictimai xidmətlər üzrə 89.08 bal isə bu sahədə effektiv və funksional xidmət mexanizmlərinin qurulduğunu təsdiqləyir. Əməliyyat səmərəliliyi üzrə 77.05 balın qlobal orta səviyyədən yuxarı olması isə biznes proseslərinin icrasında stabil və etibarlı mühitin mövcudluğunu əks etdirir.
Rəşad Nəcəfli əlavə edib ki, “B-READY 2025” hesabatının nəticələri Azərbaycanı davamlı, rəqabətqabiliyyətli və çoxsəviyyəli biznes mühiti üstünlüklərinə malik qabaqcıl iqtisadiyyat kimi təqdim edir və ölkənin rəqabət potensialının möhkəm, sistemli və institusional əsaslar üzərində formalaşdığını aydın şəkildə ortaya qoyur.






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir