“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Qazaxıstan arasında ticarət və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı və Qazaxıstan Respublikasının “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədin məqsədi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, elektron ticarət və rəqəmsal iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi, ixrac potensialının artırılması, həmçinin Azərbaycan və Qazaxıstan məhsullarının qarşılıqlı şəkildə rəqəmsal ticarət platformalarına çıxışının təmin edilməsidir.
Memorandum çərçivəsində tərəflər ticarətin təşviqi, rəqəmsal ticarətin inkişafı, ixracı dəstəkləyən tənzimləmələr və normativ baza üzrə məlumat mübadiləsi, eləcə də ortaq təşəbbüslərin reallaşdırılması barədə razılığa gəliblər.
“QazTrade” təşkilatının ixracın inkişafı üzrə direktoru Aynur Amirbekova bildirib ki, imzalanan sənəd iki ölkənin rəqəmsal ticarət sahəsində əməkdaşlığını yeni mərhələyə daşıyacaq: “Azərbaycan və Qazaxıstan iqtisadiyyatları bir-birini tamamlayan strukturlara malikdir. Bu əməkdaşlıq həm “QazTrade”, həm də “Azexport” üçün təcrübə və bilik mübadiləsi baxımından böyük imkanlar açır. Rəqəmsal ticarətin inkişafı sahəsində ortaq təşəbbüslər regionda bizneslərin rəqabət qabiliyyətini artıracaq və ixrac proseslərinin daha çevik şəkildə idarə olunmasına şərait yaradacaq.”
“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov isə qeyd edib ki, bu sənəd iki ölkə arasında iqtisadi əməkdaşlığın rəqəmsal müstəvidə daha da genişlənməsi baxımından əhəmiyyətlidir: “QazTrade” ilə imzalanan Anlaşma Memorandumu Azərbaycanın və Qazaxıstanın ortaq maraqlarına əsaslanır. Məqsədimiz sahibkarların rəqəmsal bazarlara çıxışını asanlaşdırmaq, yeni elektron ticarət modelləri üzrə təcrübə mübadiləsini təşviq etmək və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdir. Biz inanırıq ki, bu tərəfdaşlıq həm dövlət qurumları, həm də biznes icmaları üçün real nəticələr doğuracaq”.
Memorandum çərçivəsində tərəflər birgə rəqəmsal sərgi və ticarət platformalarının yaradılması, ortaq ixrac təşviqi tədbirlərinin təşkili, startap ekosisteminin inkişafı, eləcə də rəqəmsal iqtisadiyyat üzrə təlim və seminarların keçirilməsi istiqamətlərində əməkdaşlıq etməyi planlaşdırırlar.
Qeyd edək ki, “Azexport.az” portalı həmçinin “Avrasiya Françayzinq Forumu – Bakı 2025” tədbirinin tərəfdaşlarından biridir. Forum çərçivəsində portalın rəhbəri Ayxan Qədəşov spiker qismində çıxış edərək elektron ticarət həlləri, rəqəmsal sərgi zalının fəaliyyəti və regional əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib