“Azexport” və “Payoneer” arasında qlobal elektron ticarətdə tətbiq olunan yeni qaydalara dair görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı ilə beynəlxalq rəqəmsal ödəniş sistemi olan “Payoneer” arasında növbəti işgüzar görüş keçirilib. Onlayn görüşün əsas mövzusu qlobal elektron ticarət ekosistemində baş verən son texniki və hüquqi yeniliklər, eləcə də bu dəyişikliklərin yerli bazara inteqrasiyası olub.
Görüşdə beynəlxalq rəqəmsal ticarətdə yeni trendlər, o cümlədən "Amazon", "eBay", "Etsy" və "Alibaba" kimi nəhəng platformaların son dövrlərdə tətbiq etdiyi yenilənmiş hüquqi tənzimləmələr və innovativ texniki alətlər ətrafında fikir mübadiləsi aparılıb. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, sahibkarlarımızın bu dəyişikliklərdən dərhal və doğru mənbədən xəbərdar olması həm biznesin fasiləsizliyi, həm də ölkəyə valyuta axınının stimullaşdırılması üçün vacibdir.
Bu məqsədlə “Azexport” portalı ilə “Payoneer” arasında məlumat mübadiləsi daha da intensivləşdirilir. Yeni ekosistem qaydalarına həsr olunmuş birgə vebinarların, həmçinin beynəlxalq platformalarda satıcılara dəstək xarakterli təlimatların hazırlanaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.
"Azexport" və "Payoneer" arasında bundan əvvəl əldə olunmuş razılaşmalara əsasən, artıq Azərbaycan üzrə xüsusi nümayəndə təyin edilib və yerli istifadəçilər üçün problemlərin həllini sürətləndirən birbaşa rəqəmsal müraciət kanalı aktivləşdirilib.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır