“Azexport”un təşəbbüsü ilə balıqçılıq sənayesinin ixrac imkanları müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı ilə ölkəmizdə balıq və dəniz məhsulları sənayesində ixtisaslaşan “Azproduct” MMC nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın balıqçılıq sənayesinin ixrac potensialının reallaşdırılması, yerli məhsulların qlobal bazarlara çıxışı zamanı qarşıya çıxan texniki baryerlərin aradan qaldırılması yolları və sektorun strateji inkişaf istiqamətləri üzrə müzakirələr aparılıb.
Müzakirələr zamanı “Azexport” portalına xarici ölkələrdən balıq və konservləşdirilmiş dəniz məhsulları üzrə daxil olan ixrac sifarişlərinin dinamikası təhlil edilib. Qlobal bazarlarda bu kateqoriyadan olan məhsullara marağın artması ilə yanaşı, ixrac zamanı beynəlxalq keyfiyyət normaları və sertifikatlaşdırma tələblərinin sərtləşməsi vurğulanıb.
Görüş çərçivəsində xarici bazarlara çıxış üçün zəruri olan beynəlxalq sanitar-gigiyenik normaların, müasir qablaşdırma standartlarının və məhsulun izlənilməsi sistemlərinin tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, balıq məhsullarının daşınması zamanı “soyuq zəncir” rejiminə riayət olunması, beynəlxalq logistikada mövcud çağırışlar və onların optimal həll yolları, eləcə də ölkə daxilində akvakulturanın inkişaf etdirilməsi və emal sənayesində müasir texnologiyaların tətbiqi vasitəsilə yerli istehsalın rəqabətqabiliyyətliliyinin artırılması ətrafında geniş fikir mübadiləsi aparılıb.
Neftçala Sənaye Məhəlləsinin rezidenti olan “Azproduct” MMC-nin nümayəndələri öz növbəsində istehsal prosesində beynəlxalq qida təhlükəsizliyi standartlarının adaptasiyası və ixraca hazırlıq təcrübəsini bölüşüblər. Qeyd olunub ki, müəssisənin istehsal infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması yerli məhsulların xarici bazarlarda mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin şirkətin “Dalğa” brendi ilə daxili bazarda və “HORECA” sektorunda əldə etdiyi nəticələr yerli brendlərin xarici bazarlarda effektiv təmsil olunma strategiyaları baxımından müzakirə predmeti olub.
Görüşün yekununda balıqçılıq sənayesində ixrac coğrafiyasının genişləndirilməsi və daxil olan sorğuların operativ emalı istiqamətində birgə əməkdaşlığın gücləndirilməsi qərara alınıb.






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir