“Azexport” portalının təşkilatçılığı ilə Türk Ticarət Sərgisi və Forumunda “Elektron ticarət” paneli keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi"nin ikinci günü “Elektron ticarət” mövzusunda panel sessiyası təşkil olunub.
Sessiyanın təşkilatçısı və moderatoru “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Türk dövlətləri arasında elektron ticarətin artırılması üzrə forum çərçivəsində görüşlər keçirilir, yeni əməkdaşlıqların qurulması üzrə müzakirələr aparılır. O, portalın rəqəmsal sərgi zalında pilot olaraq on Azərbaycan şirkəti üçün qurulan rəqəmsal stendlərin Türk dövlətlərindən olan 100 şirkət üçün də qurulması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. A. Qədəşov “Azexport” portalının beynəlxalq platformalarla iş prinsipi barədə də iştirakçılara məlumat verib.
Sessiyada ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinin Elektron xidmətlərin təşkili şöbəsinin rəisi Müzəffər Əlizadə, 4SİM-in Rəqəmsal ticarət layihələri üzrə meneceri Kənan İbrahimov, “Turan Ecom” şirkətinin rəhbəri Ertuğrul Kaya, “Naftalan Group” şirkətinin icraçı direktoru Lalə Məmmədova çıxış ediblər.
Spikerlər elektron ticarət sahəsində texnoloji yeniliklər, onlayn sifarişlərin gömrük orqanlarına rəqəmsal inteqrasiyası, “Investech” kalkulyatoru, “TradeTech” təşəbbüsü, TDT çərçivəsində hazırlanmaqda olan “Rəqəmsal İqtisadiyyat Əməkdaşlıq Sazişi” və digər məsələlərlə bağlı müzakirələr aparıb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib