“Azexport” portalının rəhbərinin Çində görüşləri yekunlaşıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Çinə səfəri çərçivəsində xarici şirkət nümayəndələri ilə danışıqlar aparıb.
Portal rəhbərinin Çində Kombodianın Ticarət nazirliyinin dövlət katibi Çi Rasa ilə görüşü baş tutub. Görüşdə Azexport portalının iş prinsipi təqdim olunub. Bununla yanaşı, portalın “Metaverse” texnologiyasının tətbiqi üzrə gördüyü işlər və növbəti mərhələlər barədə məlumat verilib.
Çi Rasa “Azexport” portalı nümunəsinin elektron ticarətə yeni yanaşma gətirdiyini bildirib. O, yenilikləri beynəlxalq bazarlarda məhsulların təmsil olunması və yeni sifarişlərin alınması baxımından uğurlu nümunə adlandırıb. Dövlət katibi bu təcrübənin dövlət - özəl tərəfdaşlığı üçün önəmli addım olduğunu, həmçinin ixrac coğrafiyasının genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb və bu təcrübənin Kombodiada da tətbiqində maraqlı olduqlarını bildirərək, təcrübə mübadiləsi üçün əməkdaşlığın genişləndirilməsini təklif edib.
Portal rəhbəri lazer və robot texnologiyası, alternativ enerji, maşınqayırma və sənayenin digər istiqamətləri üzrə ixtisaslaşan “HANS Laser” şirkətinin biznes meneceri Vişinq Jou ilə görüşüb. Görüşdə şirkət nümayəndəsinə Azərbaycanda mövcud olan azad iqtisadi zonalar barədə məlumat verilib, həmçinin investisiya imkanlarından danışılıb. Şirkət nümayəndəsi hazırda regionun alternativ enerji və lazer texnologiyaları üzrə ciddi potensiala malik olduğunu və bu istiqamətdə şirkətin genişlənməsində maraqlı olduqlarını qeyd edib. O, araşdırmalar apardıqlarını, yaxın müddətdə alternativ enerji və lazer texnologiyaları üzrə imkanların tədqiqi üçün Azərbaycana səfər etməyi planlaşdırdıqlarını qeyd edib.
A. Qədəşov elektron ticarət və loqistika xidmətləri təklif edən “DHGate” şirkətinin baş ofisində olub. Portal rəhbəri şirkətin beynəlxalq əlaqələr departamentinin rəhbəri Linxiu Mey və digər əməkdaşları ilə görüşüb. Görüşdə Azərbaycanın elektron ticarət sahəsində həyata keçirdiyi layihələr o cümlədən, “Azexport modeli”nin iş prinsipləri barədə danışılıb, şirkət nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Çinin paytaxtı Pekin şəhərində Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center- ITC) və Beynəlxalq Biznes Rəsmiləri Akademiyasının (Academy for International Business Officials - AIBO) təşkilatçılığı ilə keçirilən “İnkişaf üçün e-ticarət” (“e-Commerce for Development”) adlı təlimdə Azərbaycanı təmsil edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib