“Azexport” portalının dəstəyi ilə daha bir yerli brend Karib hövzəsində təmsil olunacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib.
Belə ki, ixracı üçün sərbəst satış sertifikatı rəsmiləşdirilmiş, "Hub Trade" şirkəti tərəfindən ixrac olunan 200 və 1000 millilitrlik qablaşdırmada yerli istehsal nar şirəsi məhsulu gömrük nəzarətindən keçərək Gürcüstanın Poti limanından dəniz yolu ilə Dominikan Respublikasına göndərilmək üçün yola salınıb.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov Karib hövzəsi ölkələrinin Azərbaycan məhsulları üçün nisbətən yeni, eyni zamanda perspektivli və yüksək alıcılıq qabiliyyətinə malik bazar olduğunu bildirib. Onun sözlərinə görə, yerli istehsal olan nar şirələrinin bu bazara daxil olması Azərbaycan brendlərinin qlobal miqyasda rəqabət qabiliyyətinin artmasının göstəricisidir. Poti limanı üzərindən Amerika qitəsinə tədarük marşrutlarının qurulması ölkənin qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsinə töhfə verir. Ayxan Qədəşov qeyd edib ki, milli məhsulların uzaq və mürəkkəb bazarlara çıxışı onların beynəlxalq keyfiyyət standartlarına cavab verdiyini də göstərir.
Qeyd edək ki, yerli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdıran və onlara kompleks dəstək göstərən “Azexport” portalında qeydiyyat, eləcə də həyata keçirilən satışlar üçün heç bir komissiya haqqı nəzərdə tutulmayıb. Portal Azərbaycan məhsullarının ənənəvi və yeni bazarlarda tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib