“Azexport” portalı Xaçmazda aqrar sahibkarlarla görüş keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sığorta Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda aqrar sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Kənd təsərrüfatı məhsullarının ixracı və sığorta mexanizmlərinə dair müzakirələr Xaçmaz KOB Evində təşkil olunub.
Görüşün əsas məqsədi aqrar sahədə fəaliyyət göstərən sahibkarların ixrac imkanlarının genişləndirilməsi, aqrar subsidiya mexanizmlərindən səmərəli istifadə imkanlarının izahı, həmçinin fermerlərin istehsal prosesi zamanı üzləşə biləcəyi risklərdən qorunma yolları barədə məlumatlandırılması olub.
Tədbir çərçivəsində “Azexport” portalının rəhbəri Ayxan Qədəşov, Aqrar Sığorta Fondunun sədrinin müşaviri Rəvan Səmədli və Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov tərəfindən təqdimatlar edilib. Çıxışlarda aqrar məhsulların ixracında mövcud imkanlar, “Azexport” platforması vasitəsilə xarici bazarlara çıxış, eləcə də fermerlərin risklərdən qorunması üçün aqrar sığorta mexanizmləri mövzularına toxunulub.
Görüşdə aqrar texnika və suvarma sistemləri üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan aqrar sahibkarlar iştirak ediblər. Təqdimatların sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, aqrar sahibkarlarla interaktiv müzakirələr aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib