“Azexport” portalı və “Hannover Impuls” arasında beynəlxalq ticarət imkanları müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən “Hannover Impuls” təşkilatının nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Hannover Impuls” şirkətinin beynəlxalq işlər üzrə direktoru Peter Ayzenşmit, təşkilatın Türkiyə üzrə nümayəndəsi Aytekin Hatipoğlu, “Cosity Shipment” şirkətinin nümayəndəsi Nihat Göktaş və Azərbaycan Françayzinq Assosiasiyasının nümayəndələri Camid Mövsümov və Yavər Qasımlı iştirak ediblər.
Görüşdə çıxış edən” Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, portal Azərbaycan şirkətlərinə dünya bazarına çıxmaq üçün geniş imkanlar təqdim edir. O, portalın “Mtradeverse” şirkəti ilə birgə həyata keçirdiyi Rəqəmsal Sərgi Zalı layihəsi barədə də məlumat verib və bu layihənin Azərbaycan məhsullarının beynəlxalq bazarlarda təqdimatını asanlaşdırdığını vurğulayıb.
Peter Ayzenşmit çıxışında təmsil etdiyi qurumun dövlət təşkilatı olduğunu və əsas fəaliyyətinin Almaniya və ümumilikdə Avropa bazarına çıxmaq istəyən sahibkarları dəstəkləmək olduğunu bildirib. O, “Hannover Impuls”un əsas məqsədinin beynəlxalq ticarət əlaqələrinin qurulmasında təkanverici rol oynamaq olduğunu əlavə edib. Eyni zamanda, “Azexport” portalının “Alibaba” və “Amazon” platformaları ilə əməkdaşlıq prinsiplərini qabaqcıl və səmərəli hesab etdiyini, bu təcrübədən öyrəniləcək maraqlı məqamların olduğunu vurğulayıb.
Görüşün sonunda tərəflər Azərbaycan mallarının Almaniya və Avropada yerləşən satış şəbəkələri və potensial alıcılara çıxarılması istiqamətində birgə fəaliyyət və qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə razılığa gəliblər.
Qeyd edək ki, “Hannover Impuls” Hannover şəhəri və regionu əhatə edən iqtisadi inkişaf agentliyidir. Təşkilat sahibkarlıq təşəbbüslərini dəstəkləyir, startapların inkişafına kömək edir və mövcud şirkətlərin innovativ gücünü artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib