“Azexport” portalı Polşada beynəlxalq konfransda təqdim olunacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Polşanın Krakov şəhərində Milli Luis Universitetində "Yeni üfüqlər: Rəqəmsal iqtisadiyyat və dəyişən dünyaya cavablar" mövzusundakı keçiriləcək konfransda təqdimatla çıxış edəcək. O bu konfransda yeddi ölkənin nüfuzlu universitetlərinin nümayəndlərinə portal barədə məlumatlar verəcək.
Qeyd edək ki, İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseynlə “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun həmmüəllifi olduğu və portalın fəaliyyətindən bəhs edən “Digital Trade, Government Policy, and Economic Growth: The Case of Azerbaijan” (“Rəqəmsal ticarət, hökumət siyasəti və iqtisadi artım: Azərbaycan nümunəsi”) adlı məqalə konfransa təqdim edilib və uğurlu nümunə kimi qəbul olunub. Belə ki, konfransın təşkilat komitəsi "Süni intelekt əsrində yeni iqtisadiyyat: imkanlar, risklər və cəmiyyətin transformasiyası" adlı panel müzakirəsində “Azexport” təcrübəsinin iştirakçılara təqdim edilməsinə qərar verib və müəlliflərə dəvət məktubu göndərib.
Konfransa təqdim olunan məqalədə “Azexport” portalının təqdim etdiyi imkanlardan, ölkəmizdə rəqəmsal ticarətin inkişafı istiqamətində fəaliyyətdən, xüsusən də yerli istehsal olunan malların ixracının asanlaşdırılmasında sözügedən portalın oynadığı roldan bəhs edilir.
Qeyd edək ki, konfransın əsas təşkilatçıları Polşanın, Bosniya və Herseqovinanın, Portuqaliyanın, Ukraynanın, Bolqarıstanın, Monteneqronun, Sloveniyanın və Serbiyanın nüfuzlu universitet və elmi tədqiqat qurumlarıdır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib