“Azexport” portalı Gürcüstana ixrac üçün daha bir məhsula Sərbəst Satış Sertifikatı təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı farmasevtika kateqoriyasına aid olan “Delta Dent” məhsulunun Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim edib. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, son illər Azərbaycanda istehsal olunan qida əlavələri və farmasevtika məhsullarına xarici ölkələrdən maraq əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, bu kateqoriyaya aid məhsullar artıq daxili bazarla yanaşı, ixrac bazarlarında da genişlənməyə başlayıb: “Son təqdim olunan sertifikatlar da göstərir ki, yerli istehsalçılarımız beynəlxalq bazarlarda öz mövqelərini möhkəmləndirirlər”.
Qeyd edək ki, Sərbəst Satış Sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən, “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat məhsulun Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları tərəfindən sertifikatlaşdırıldığını və müvafiq standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2025-ci ilin oktyabr ayına qədər 762 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Bu sənədin verilməsi “Made in Azerbaijan” brendli məhsulların əvvəllər ixracında çətinliklər mövcud olan Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz regionlarının 100-dən artıq ölkəsinə ixracını asanlaşdırıb.
Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.
Sərbəst Satış Sertifikatı təqdim edilən sahibkarlar arasında keçirilən elektron məmnunluq sorğusunun nəticələrinə əsasən bu günə kimi xidmət üzrə hər hansı sistematik problem, çatışmazlıq və ya neqativ hal müəyyən edilməyib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib